Fəaliyyətə başladığımız 2010-cu ildən "PRESTIGE Hədiyyə Paketləri" olaraq Azərbaycanda hədiyyə paketləri bazarında yenilik və hər bir müştərinin istək və zövqünə cavab verə biləcək məhsul biznesi ilə məşğul olmağı hədəfləmişik.
PRESTIGE Hədiyyə Paketləri
Rusiyanın ən böyük paket istehsalçısının qabaqcıl texnologiya ilə istehsal olunmuş və keyfiyyət baxımından yüksək tələblərə cavab verən məhsullarının ölkəmizdə nümayəndəsi olaraq sayınız aybaay artan Siz dəyərli müştərilərimizə xidmət etməkdən böyük fəxarət hissi keçiririk.
Müştərilərimiz
İstehsal imkanlarımız
Məhsullarımız Almaniya istehsalı olan qabaqcıl texnologiya ilə istehsal olunur.
İstehsal prosesində xammal kimi istifadə edilən alman boyaları sağlamlığa zərərsizliyi müxtəlif beynəlxalq qəbul edilmiş (HACCP, İSO22000) sertifikatlarla təsdiq olunub. Bu da paketlərimizin rənglərinin çıxmaması və heç bir qoxusunun olmaması deməkdir.
Müasir texnologiya bütün modellərdə zəngin çeşid və rənglərdə istehsalı operativ və rahat etmə imkanı verir.
Çeşidlərimizin ən nazik olanı 30 mikron olub, qanunvericilikdə tələb olunan 15 mikronun iki qatıdır.